Azərbaycanda I rübdə 5 minə yaxın müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb

Azərbaycanda I rübdə 5 minə yaxın müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb
# 04 may 2015 10:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda daşınmaz dövlət əmlakı barədə alınmış hesabatların araşdırılması və dövlət əmlakı registrində olan məlumatların dəqiqləşdirilməsi işi davam etdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə, aprelin 1-ə kimi 4 800-ə yaxın müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb.

2015-ci ilin I rübü ərzində dövlət əmlakının registrindən 815 ədəd çıxarış sənədi hazırlanaraq təqdim edilib. Dövlət əmlakının registrində toplanmış məlumatların Dünya Bankının dəstəyi ilə hazırlanan yeni informasiya sisteminə transferi məqsədi ilə hazırlıq işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR