Kanadada metroda baş verən texniki qəza nəticəsində 125 min sərnişin təxliyyə edilib

Kanadada metroda baş verən texniki qəza nəticəsində 125 min sərnişin təxliyyə edilib
# 09 iyun 2015 00:56 (UTC +04:00)

Bakı-APA. Kanadanın Toronto şəhərində metroda baş vermiş texniki qəza nəticəsində 125 min sərnişin təxliyyə edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər metropoliteninin dörd xətti iki saat ərzində bağlı qalıb.

Məlumata əsasən, metronun bütün kommunikasiya sistemləri naməlum səbəbdən sıradan çıxıb.

Qeyd olunur ki, 2015-ci ilin iyulunda Torontoda Panamerika Oyunları keçiriləcək. İyulun 10-da başlayıb, 26-da başa çatacaq Oyunlarda 10 minədək idmançı iştirak edəcək, yarışları 250 min tamaşaçı izləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR