BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib

BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib
# 27 aprel 2015 14:29 (UTC +04:00)

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın 2007-ci ildən hər il aprelin 24-ü qəhrəman türk əsgərinin anım günü kimi qeyd etdiyini xatırladıb.

BAXCP sədri Türkiyənin yürütdüyü qorxaq, ermənilərə yarınmaqla problemin həllinə yönələn siyasətinin iflasa uğradığını vurğulayıb: “Ermənilər “soyqırımı” siyasətlərindən heç vaxt imtina etməyəcəklər. Əvvəla, ermənilər bu gün özlərini məzlum, “soyqırıma” məruz qalmış bir xalq kimi göstərməklə inkişaf etmiş xristian ölkələrindən böyük məbləğdə yardımlar alırlar. Eyni zamanda Dağlıq Qarabağdakı işğalçılıq siyasətlərinə dəstək əldə edirlər. Ancaq türklər hər dəfə çalışırlar ki, hansısa formada bunların könüllərini xoş eləsinlər. Bu gün 6 erməninin Türkiyənin Böyük Millət Məclisinə namizədliyi irəli sürülüb. Baş nazir Əhməd Davudoğlu ermənini özünə müşavir təyin eləmişdi. Düşünürdülər ki, bu cür addımlarla dünya birliyinin fikirlərini Türkiyəyə münasibətdə dəyişəcəklər. Amma həmin erməni müşavir bildirdi ki, ermənilər “soyqırımına” məruz qalıblar. İşğal altındakı torpaqlarımızın azad olunması, dünyada Türk birliyinin möhkəmlənməsi üçün Türkiyənin bölgədə daha cəsarətli siyasət yürütməsinə ehtiyac var. İstədiyimiz odur ki, Türkiyə Azərbaycanla daha sıx əməkdaşlıq və bütün türk ölkələrinə inteqrasiya eləsin. Bu yaxınlarda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev müraciət elədi ki, Türkiyə də Avrasiya İttifaqına qoşula bilər. Bu zaman həmin ittifaqda həm Rusiya Federasiyasının tərkibindəki türk respublikaları, həm də Türkiyə balans yarada bilər. Əlbəttə, bu ideyanı alqışlayırıq”.

Neftin qiymətinin sürətlə enməsin diqqət çəkən BAXCP sədri hesab edir ki, yenə də gec deyil, Azərbaycan hökuməti iqtisadi islahatlara başlasa, ölkəmizi gələcəkdə gözləyən ciddi böhrandan qurtarmaq olar.

Məhkəmə-hüquq sistemində islahatlar aparmağın zamanının çoxdan çatdığını bildirən Q. Həsənquliyev deyib ki, Dağlıq Qarabağı azad etməyimiz həm də bu islahatlardan asılıdır. İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublunun qızının vəfatı ilə bağlı 7 gün həbsdən azad edilməsini təqdir edən BAXCP sədri beynəlxalq təşkilatların siyasi məhbus etdiyi şəxslərin təqsirli və təqsirsiz olmasından asılı olmayaraq, azad edilməsini zəruri saydıqlarını vurğulayıb: “Avropa Oyunlarına qarşı qərəzli kampaniya aparılır. İmkan vermək olmaz ki, bu gün həbsdə olan və “siyasi məhbus” kimi təqdim olunan 5-10 nəfər Azərbaycan vətəndaşına görə görülən işin üzərinə kölgə salınsın, Azərbaycanın imici korlansın”.

Q. Həsənquliyevin təklifi ilə partiyanın Ali Məclisi adından T. Yaqublunun əfv edilməsi ilə bağlı prezidentə müraciət ünvanlanıb. Çıxışının sonunda BAXCP lideri bu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərinə partiya üzvlərinin ciddi hazırlaşmasını tövsiyə edib.

Sonra Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edib. Ali Məclisin sədri Teyyib Qənioğlu isə son 3 ay ərzində görülən işlər barədə məlumat verib. BAXCP-nin təbliğat və təşviqat məsələləri üzrə katibi Dünyamalı İmaməliyev isə rəhbərlik etdiyi sahə üzrə fəaliyyətindən söz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR