Paşha Bank
Bank Of Baku

Balakəndə "Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu" mövzusunda konfrans keçirilib

Balakəndə "Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu" mövzusunda konfrans keçirilib
# 13 iyun 2019 12:59 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Balakən şəhərində “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” və “Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzularında regional elmi-praktiki konfrans keçirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə rayon rəhbərliyi, gənclər və qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin, həmçinin ictimaiyyətin nümayəndələri iştirak edib.
DTX-nın Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov tədbiri açaraq konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi və bu mübarizədə onun rolunun artırılmasından ibarətdir.

Tədbirdə “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” mövzusunda danışan DTX-nin əməkdaşı müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, təhlükəsizlik sahəsində əsas istiqamətlərdən biri kimi əks-kəşfiyyat fəaliyyəti ölkənin sosial-iqtisadi, elmi-texniki, hərbi və digər mühüm strateji əhəmiyyətli potensialının düşmənin kəşfiyyat-pozuculuq fəaliyyətinə, terror-təxribat əməllərinə qarşı yönəldilib.

“Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzusunda olunan çıxışında terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın toqquşduğu əsas və daha təhlükəli problemlərdən danışılıb. Qeyd olunub ki, müasir dövrdə terrorizm bir çox dövlətin təhlükəsizliyi üçün artıq ciddi təhdid təşkil edir. Onun qurbanı dövlətlər və insanlar ola bilər. Terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda həyata keçirilən, daha hədələyici miqyas alan ciddi təhdidlərdən biridir.

Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini əks etdirən film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR