AFFA “Bakı”nın məşqçisinə 20 oyunluq qadağa qoyub

AFFA “Bakı”nın məşqçisinə 20 oyunluq qadağa qoyub
# 19 mart 2015 10:05 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVI turu və Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşanan xoşagəlməz hallar müzakirə olunub.

Kubokun AZAL-la oyunda “Neftçi”nin, “Simurq”la matçında isə “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 1000 manat cərimə olunub.

“Simurq” çempionat qarşılaşmasında 6 sarı vərəqə alan “Bakı”nın da cəzası eyni olub. Bu matçın fasiləsi zamanı hakimlər briqadasına qarşı fiziki təsir göstərən paytaxt təmsilçisinin məşqçisi Muarem Zekirin cəzası ağır olub. 20 oyun stadiona girişinə qadağa qoyulan legioner klubunu 20 min manat ziyana salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR