Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Xalq Bank"ın səhmdarlarının tərkibi dəyişib.
"APA-Economics"in xəbərinə görə, nizamnamə kapitalında 16,15%-lik və 31 mln. 841,954 min manatlıq paya malik olan "Avanqard-1" MMC səhmdarların sırasını tərk edib. Onun yerini "Amal İnvest Group" MMC tutub.
Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 197 mln. 125,290 min manatdır.