Deputatlığa namizəd Rafael Cəbrayılov təhsil aldığı orta məktəbin məzunları ilə görüşüb - FOTO

Deputatlığa namizəd Rafael Cəbrayılov təhsil aldığı orta məktəbin məzunları ilə görüşüb - <span style="color: red;">FOTO
# 29 oktyabr 2015 13:48 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə seçkilərdə deputatlığa namizəd Rafael Cəbrayılov təbliğat kampaniyasının sonuncu həftəsini xüsusi koteqoriyalı insanlarla keçirməyi planlaşdırıb.

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, bu gün növbəti belə görüş namizədin təhsil aldığı Şirvan şəhər 9 saylı orta məktəbin məzunları ilə olub.

Hər zaman məktəb və sinif yoldaşları ilə sıx əlaqədə olduğunu bildirən namizəd orta məktəb illərini xatırlayaraq, bugünkü görüşdəki xüsusi məmnunluğunu bildirib. Məktəb məzunları Rafael Cəbrayılovun xoş xatirələrindən danışıblar. İstər deputat olduğu zaman, istərsə də deputat olmamışdan öncə hər zaman hamının qayğısına qaldığını bildiriblər. Qeyd ediblər ki, Rafael Cəbrayılov məktəb illərindən xüsusi istedad və bacarığı ilə fərlənib.

Şirvanın fəxri olan Rafael Cəbrayılova məzun olduğu məktəbin məzunları yekdilliklə səs verəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR