Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 1,4 mln. manatdan çox sığorta haqqı toplanıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 1,4 mln. manatdan çox sığorta haqqı toplanıb
# 04 noyabr 2014 14:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayı ərzində Azərbaycanda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8,9 mindən çox sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 8 489, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 377 sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 44 sığorta müqaviləsi bağlanıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 mln. 415 min 171 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 24 240 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8 840 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 32,06% artım və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 2,83% azalma müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 71,04%-i yaşayış evləri və mənzillər, 0,52%-i inzibati binalar, 28,44%-i digər daşınmaz əmlakla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR