Şimon Peres kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib - YENİLƏNİB

Şimon Peres kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib - <span style="color: red;">YENİLƏNİB
# 13 sentyabr 2016 22:57 (UTC +04:00)

Bakı-APA. İsrailin sabiq prezidenti Şimon Peres kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə 93 yaşlı siyasətçinin yerləşdirildiyi klinikanın nümayəndəsi bildirib.

“Doqquzuncu prezidenti ən yaxşı həkimlər müalicə edir. O bir neçə dəfə müayinə olundu, hazırda o medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub. Yaxın saatlarda onun vəziyyəti təkrar qiymətləndiriləcək”, - deyə həkim əlavə edib.

**** 22.14

Bakı-APA. İsrailin sabiq prezidenti Şimon Peres insult əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Onuncu kanal” telekanalı məlumat yayıb.

“Onun vəziyyəti stabildir və huşu özündədir”, - deyə telekanal 93 yaşlı siyasətçinin ofisinə istinadən bildirib.

Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib.

Şimon Peres (həmçinin İsrailin o zamankı prezidenti İtshak Rabin və Fələstin prezidenti Yasir Ərəfat) 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR