Rusiya Müdafiə Nazirliyi: Hava qüvvələri Suriyada İŞİD düşərgəsinin infrastrukturunu məhv edib

Rusiya Müdafiə Nazirliyi: Hava qüvvələri Suriyada İŞİD düşərgəsinin infrastrukturunu məhv edib
# 01 oktyabr 2015 20:26 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, təyyarələrin Maaret ən Nüumən rayonunda endirdiyi zərbələr nəticəsində düşərgənin infrastrukturu tamamilə dağıdılıb.

“Aviasiya bombasının qeyd olunan obyektdə yerləşən silah-sursat anbarına dəqiq dəyməsi nəticəsində güclü partlayış baş verib. Partlayış silahlılara məxsus tikililəri və avtomobil texnikasını məhv edib”, deyə general qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR