Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 18:45 (UTC +04:00)

APA-nın məlumatına görə, Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində baş verən partlayış Sarı Aşıq küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Partlayış nəticəsində otağın tavanı və divarlarında çatlar əmələ gəlib. Partlayışdan sonra yanğın qeydə alınmayıb.

Məlumata görə, partlayış nəticəsində Elxan Aslanovun yoldaşı 1987-ci il təvəllüdlü Leyla Abış qızı Aslanova xəsarət alıb. O təcili tibbi yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan Leyla Aslanovanın vəziyyətinin orta stabil olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR