Azərbaycan günəş və külək enerjisi istehsalını kəskin artırıb

Azərbaycan günəş və külək enerjisi istehsalını kəskin artırıb
# 16 iyun 2016 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda beş ay ərzində 740,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 6,5%-lik azalma müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,8% azalaraq 93,5 mln. manat təşkil edib.

Bu ilin 5 ayında Azərbaycanda 9 307,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 7,0% azdır. Bunun 8 892,9 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% azdır.

Bunun 822,0 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə 15,9% çoxdur.

Bu ilin yanvar-may aylarında Azərbaycanda 7,9 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 2,7 dəfə çoxdur.

Bu müddətdə ölkədə 20,8 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 17,5 dəfə çoxdur.

Bu ilin yanvar-may aylarında Azərbaycanda 8 042,2 kVt/saat istilik elektrik stansiyalarının enerjisi istehsal olunub ki, bu ötən ilin yanvar-may ayları ilə müqayisədə 8,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR