Elman Mehdiyev Tovuzda ətraf rayonun sakinlərini qəbul edəcək

Elman Mehdiyev Tovuzda ətraf rayonun sakinlərini qəbul edəcək
# 23 iyul 2014 09:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyulun 30-da saat 11:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-in [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Tovuz rayon şöbəsində (02231) 5-00-40

Qazax rayon şöbəsində (02229) 5-27-96

Ağstafa rayon şöbəsində (02222) 5-26-12

Şəmkir rayon şöbəsində (02230) 5-30-33

Gədəbəy rayon şöbəsində (02232) 6-00-93

Göygöl rayon şöbəsində (02220) 5-23-77

Daşkəsən rayon şöbəsində (02221) 5-52-42

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 30-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Tovuz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR