AMEA-nın institut direktoru: “Azərbaycan Multikulturalizm antologiyası hazırlanır”

AMEA-nın institut direktoru: “Azərbaycan Multikulturalizm antologiyası hazırlanır”
# 20 may 2015 13:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə AMEA Rəyasət Heyətinin bugünkü iclasında deyib.



Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin əsas prioritetləri haqda məruzə edən İ. Məmmədzadə bildirib ki, Azərbaycan və rus fəlsəfəsi arasında əlaqələr daha genişdir: “Bizim münasibətlərimiz Sovet vaxtından daha sıx olub. Rusların bizim fəlsəfəyə münasibəti yaxşıdır. Azərbaycan fəlsəfəsinin Rusiyada reytinqi yüksəkdir. Bizim filosofların “Voprosı filosofii” jurnalında məqalələri çap olunur. Mən özüm bu jurnalın beynəlxalq redaksiyanın üzvü seçilmişəm. İlk dəfə olaraq, bir azərbaycanlı filosof bu jurnalın redaksiya heyətinə üzv seçilib”.



İ. Məmmədzadə Cənubi Qafqaz regionunda Gürcüstan fəlsəfəsinin tənəzzül dövrünü yaşadığını söyləyib: “Ermənistanda olan güclü filosoflar isə Rusiyaya qaçıb”.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR