Zaqatalada evdə yanğın olub - VİDEO

Zaqatalada evdə yanğın olub - <span style="color: red;">VİDEO
# 07 may 2015 09:56 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Göyəm kəndində, Süleyman Abdulqədir oğlu Çobanova məxsus, ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin birinci mərtəbəsinin eyvanının tavanının və mətbəxdə mebelin bir hissəsi yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR