Ötən ay dərman təsirindən zəhərlənən 9 nəfər xəstəxanaya müraciət edib

Ötən ay dərman təsirindən zəhərlənən  9 nəfər xəstəxanaya müraciət edib
# 04 iyun 2015 14:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. May ayı ərzində Azərbaycanda dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 9 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dərmandan zəhərlənənlərin hər biri xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, onların hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Dərmandan zəhərlənmə hallarının hamısının Bakıda baş verdiyini deyən A.Maqsudov qeyd edib ki, əsasən antibiotiklərin və vitamin preparatlarının təsiri nəticəsində belə hallar qeydə alınır.

Şöbə müdiri deyib ki, ötən ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 1-2 nəfər müraciət edib və xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR