Bank Of Baku

DİM: Namizədlərə sertifikatların verilməsinə başlanıb

DİM: Namizədlərə sertifikatların verilməsinə başlanıb
# 30 aprel 2018 14:57 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün 27 yanvar və 18 fevralda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib.

 

DİM-dən APA-ya verilən məlumata görə, 27 yanvar və 18 fevral tarixlərində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvarda keçirilən test imtahanından və inzibati vəzifələrin B (inzibati icraçı vəzifələr) növünə aid olan vəzifə qrupları üzrə 18 fevralda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər. 

 

Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR