"Azadlıq-2015 siyasi partiyalar bloku" təsis sənədlərini MSK-ya təqdim edib

"Azadlıq-2015 siyasi partiyalar bloku" təsis sənədlərini MSK-ya təqdim edib
# 01 sentyabr 2015 16:24 (UTC +04:00)

Bakı - APA. "Azadlıq-2015 siyasi partiyalar bloku" təsis sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Klassik Xalq Cəbhəsi Partiyasının informasiya şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq, Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası tərəfindən "Azadlıq-2015 siyasi partiyalar bloku" təsis edilib.

Seçki Məcəlləsinə uyğun olaraq seçki blokunun təsisi ilə bağlı sənədlər MSK-ya təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR