Əhməd Davudoğlu hökuməti formalaşdırmaq üçün prezidentdən aldığı səlahiyyəti geri verəcək - VİDEO

Əhməd Davudoğlu hökuməti formalaşdırmaq üçün prezidentdən aldığı səlahiyyəti geri verəcək - <span style="color: red;">VİDEO
# 18 avqust 2015 09:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ə. Davudoğlu bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək ona hökumət qurmaq üçün atdığı addımlarla bağlı məlumat verəcək və bu məqsədə nail olmadığını rəsmən bildirəcək.

Xatırladaq ki, Ə. Davudoğlunun Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat partiyalarının liderləri ilə apardığı danışıqlarda hər hansı nəticə əldə edilməyib. Hökuməti formalaşdırmaq üçün Konstitusiyada nəzərdə tutulan müddət avqustun 23-də başa çatır. CHP səlahiyyətin Kamal Kılıçdaroğluna verilməsini istəsə də, R. T. Ərdoğanın belə bir addıma getməyəcəyi gözlənilir. Avqustun 23-dən sonra prezidentin parlamentdəki partiyaların təmsilçilərindən ibarət müvəqqəti hökumət formalaşdıraraq erkən seçki qərarını elan edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR