FHN Bakı Regional Mərkəzi Nizami RİH-də I Avropa Oyunlarının hazırlıqla bağlı müşavirə keçirib - FOTO

FHN Bakı Regional Mərkəzi Nizami RİH-də I Avropa Oyunlarının hazırlıqla bağlı müşavirə keçirib - <span style="color: red;">FOTO
# 10 aprel 2015 08:25 (UTC +04:00)

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Oyunlarla bağlı Nizami rayonunda yeni idman obyektlərinin tikildiyini, bir çoxunun əsaslı təmir olunduqdan sonra istifadəyə verildiyini, eləcə də rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulayıb.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışıb.

BAOƏK-in qrup meneceri Devid Stor Təhlükəsizlik Departamentinin fəaliyyəti, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlərdən söz açıb.

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.

Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR