Fransadakı Azərbaycanlıların Dostları Assosiasiyası bəzi yerli hakimiyyət orqanlarının Dağlıq Qarabağ separatçıları ilə saziş imzalamasını pisləyib

Fransadakı Azərbaycanlıların Dostları Assosiasiyası bəzi yerli hakimiyyət orqanlarının Dağlıq Qarabağ separatçıları ilə saziş imzalamasını pisləyib
# 30 may 2015 14:54 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Parisdə fəaliyyət göstərən Azərbaycanlıların Dostları Assosiasiyası Fransanın dörd yerli hakimiyyət orqanının separatçı Dağlıq Qarabağ rejimi ilə müqavilələr imzalaması ilə əlaqədar bəyanat yayıb.

APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, Azərbaycanlıların Dostları Assosiyasıyasının sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin imzaladığı bəyanatda deyilir:


"Bu yaxınlarda Fransanın dörd yerli hakimiyyət orqanı qondarma Dağlıq Qarabağ (20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmış Azərbaycan əraziləri) hökuməti ilə əməkdaşlıq haqqında razılaşmalar imzalayıblar. Bu, səhv bir addımdır. Çünki Ermənistan da daxil olmaqla, heç kimin tanımadığı belə bir "hökumət" mövcud deyil. Nəticədə bu yerli hakimiyyət orqanları seçici təzyiqi üzündən hüquqi və siyasi cəhətdən təhlükəli olan ərazilərə görə özlərini riskə atmış olurlar.

İkincisi, bu, bir milyona qədər insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuş Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin ruhuna uyğun olaraq, ATƏT-in Minsk qrupu daxilində Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllini tapmağa cəhd edən Fransa dövlətini sarsıtmağa yönəlmiş bir addımdır".

Bəyanatda vurğulanıb ki, uzun müddət davam edən bu münaqişənin dialoq və sülh yolu ilə konstruktiv həllinin tapılması erməni xalqının xeyirinədir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR