Edvard Nalbandyan ATƏT sədri və ABŞ dövlət katibinin müavini ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edib

Edvard Nalbandyan ATƏT sədri və ABŞ dövlət katibinin müavini ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edib
# 28 sentyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland və ATƏT-in fəaliyyətə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə görüşüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, E. Nalbandyan V. Nulandla görüşü zamanı ölkəsindəki Konstitusiya islahatları barədə onu məlumatlandırıb. V. Nuland isə təmas xəttində gərginliyin artmasından narahatlığını ifadə edib və atəşkəsə əməl olunmasının zəruriliyini vurğulayıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli və ikitərəfli münasibətləri barədə fikir mübadiləsi aparan tərəflər yaxın günlərdə Ticarət və İnvestisiyalar üzrə Ermənistan-Amerika Şurasının ilk iclasının keçiriləcəyini bildiriblər.

ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüş zamanı da Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub. İ. Daçiç münaqişə zonasında gərginliyin artmasından narahatlıq keçirdiyini və atəşkəs rejiminə tam şəkildə əməl olunmasının vacibliyini vurğulayıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində ATƏT-in fəaliyyətdə olan sədri kimi Serbiya rəhbərliyinin Minsk Qrupu ilə birgə səylərini də müzakirə ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR