Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib

Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib
# 16 iyul 2016 14:16 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə prezidentinin 2 iyun tarixli sərəncamına uyğun olaraq Binəqədi rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” parkında keçirilən yolasalma mərasimində Binəqədi İH başçısının I müavini İlqar Süleymanov, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov, Binəqədi və Biləcəri qəsəbə və bələdiyyə sədrləri, Böyük Vətən Müharibəsi Veteranları, QHT sədrləri, ASAN Könüllüləri, hərbi xidmətə yola salınan gənclər və valideynlər iştirak edib.

Yola salma mərasimi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Bağırov Emin İmran oğlunun doğum gününə təsadüf etdiyinə görə gənclər şəhidin Binəqədi qəsəbə qəbiristanlığında olan məzarını ziyarət ediblər. Şəhidin məzarını ziyarət edən gənclər onun timsalında vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad edəcəklərinə inandıqlarını bildiriblər.

Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə gül dəstələri qoyulub.

Binəqədi İH başçısının birinci müavini İlqar Süleymanov vurğulayıb ki, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənclər hərbi xidmətə yollanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR