Donald Tusk: “Rusiyaya qarşı sanksiyalar uzadılacaq”

Donald Tusk: “Rusiyaya qarşı sanksiyalar uzadılacaq”
# 16 iyun 2016 13:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uzadılacaq”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk Finlandiya baş naziri Yuxa Sipilya ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Düşünürəm ki, hazırda vəziyyət aydındır. Aİ-nin mövqeyi ondan ibarətdir ki, sanksiyalar Rusiyanın Minsk razılaşmalarına əməl etməsi ilə uzlaşdırılmalıdır. Sanksiyaların uzadılması ilə bağlı qərar Avropa Şurasının iclasınadək qəbul edilə bilər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR