Hindistanda sursat anbarındakı partlayış nəticəsində 17 nəfər ölüb

Hindistanda sursat anbarındakı partlayış nəticəsində 17 nəfər ölüb
# 31 may 2016 11:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Hindistanın Maharaştra ştatında silah-sursat anbarında baş vermiş yanğın və partlayış nəticəsində azı 17 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə "İndia Today" telekanalı məlumat yayıb.

Yerli sakinlər bildiriblər kli, gecə partlayış səsi eşidiblər.

Hazırda insanların yaxınlıqdakı yaşayış məntəqələrindən təxliyyəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR