Bakıda və Göyçayda şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı 709 nəfərdən sənəd qəbul edilib

Bakıda və Göyçayda şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı 709 nəfərdən sənəd qəbul edilib
# 23 aprel 2015 09:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Bakı və Göyçayda şəxsiyyət vəsiqəsinin verilməsi istiqamətində səyyar qəbul keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Xəzər, Binəqədi Rayon Polis idarələrinin və Göyçay Rayon Polis Şöbəsinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti səyyar qəbul həmin rayonlarda baş tutub.

Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Xəzər rayonunun Binə qəsəbəsində 125, Binəqədi rayonunda 348, Göyçay rayonunda isə 236, ümumilikdə, 709 nəfərin müvafiq sənədləri qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR