Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 4 nəfər saxlanılıb

Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 4 nəfər saxlanılıb
# 11 noyabr 2015 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 4 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - 1968-ci il təvəllüdlü Azər Əliyev, 1988-ci il təvəllüdlü Yalçın Hüseynov, 1983-cü il təvəllüdlü Natiq Azayev və 1955-ci il təvəllüdlü Şahsuvar Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR