FHN Akademiyası kursantlarının andiçmə mərasimi keçirilib - FOTO - VİDEO

FHN Akademiyası kursantlarının andiçmə mərasimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 13:05 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 23-də Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, mərasimdən əvvəl Akademiyanın rəhbərliyi, müəllim və kursant heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov mərasimi açıq elan etdikdən sonra dövlət himni səslənib, dövlət bayrağı meydana gətirilib. Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.

 

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev kursantları təbrik edib və onlara təhsillərində uğurlar arzulayıblar. Qeyd olunub ki, hərbi and içərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər an hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. FHN-in gələcək əməkdaşları olacaq, Akademiya kursantları dərk etməlidirlər ki, onlara insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunacaq və bu böyük vəzifənin öhdəsindən layiqincə gəlmələri üçün Akademiyada təhsil aldıqları müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim savadlarını artırmalıdırlar.

 

Kursantları andiçmə mərasimi münasibətilə təbrik edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov and içmiş kursantların Vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən yürüdülən uğurlu gənclər siyasəti nəticəsində hərtərəfli bilik və bacarığa malik böyük gənclər ordusu yetib. Dövlət başçısının həyata keçirdiyi islahatlar sırasında təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Məhz gəncliyə və təhsilə göstərilən bu böyük diqqət və qayğının nəticəsidir ki, bu gün FHN Akademiyası kursantlar qəbul edərək ölkə üçün layiqli kadrlar yetişdirir.

 

Valideynlər adından çıxış edən Elşən Hüseynbəyli kursantları təbrik edib.

 

Mərasim kursantların təntənəli marş keçidi ilə yekunlaşıb.   

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR