Zakir Qaralov yenidən Azərbaycanın baş prokuroru təyin edilib - YENİLƏNİB - VİDEO

Zakir Qaralov yenidən Azərbaycanın baş prokuroru təyin edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 aprel 2015 11:47 (UTC +04:00)

APA-nın məlumatına görə, sənəd barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş illiyə baş prokuror təyin edilməsi təklif olunur.

Ə. Hüseynli Z. Qaralovun fəaliyyəti barədə məlumat verərək, bu fəaliyyəti yüksək qiymətləndirib.

Daha sonra Z. Qaralov növbəti beş illiyə baş prokuror təyin edilib.

İclasa qatılan Zakir Qaralov etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Mən bu etimadı bütövlükdə prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağıq”.

Qeyd edək ki, Z. Qaralov 2000-ci il aprelin 25-dən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının sədridir.

Azərbaycan prezidentinin sərəncamları ilə "İgidliyə görə" medalı, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib, «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR