Zərdabda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı dəyirmi masa keçirilib - FOTO

Zərdabda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 19 avqust 2015 16:35 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdabda rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası məsələlərinə dair dəyirmi masa keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayev açıb. R. Feyzullayev icra hakimiyyəti orqanları ilə Aran Regional Mərkəzinin iş təcrübəsi-problemlər, istifadə olunmamış imkanlar, perspektivlər barədə məlumat verib.

Sonra Aran Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi-idarə rəisinin müavini Elşən Bəşirov “Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, problemlər və onların həlli yolları” mövzusunda çıxış edib. Aran Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti Azər Mahmudov “Əhalinin maarifləndirilməsi işləri, mövsümlə əlaqədar baş verəcək hadisələr və fövqəladə hallar baş verərkən həyata keçirilən addımlar”, Aran Regional Mərkəzinin Təlim və əməliyyat-planlaşdırma şöbəsinin zabiti İlqar Dəmirov “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili”, Fövqəladə halların monitorinqi və texniki təhlükəsizlik işinin təşkili sektorunun baş məsləhətçisi Xəyal Əliyev “Zərdab rayonu ərazisində, əsasən də Kür və Türyançay çayları boyunca yerləşmiş yaşayış məntəqələrində aparılmış monitorinq işləri və mövcud vəziyyət” mövzusunda məruzələr təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR