Ukraynada azərbaycanlıların iştirakı ilə “Odessa 2015” forumu keçirilib - FOTOSESSİYA

Ukraynada azərbaycanlıların iştirakı ilə “Odessa 2015” forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 sentyabr 2015 18:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Ukraynanın Odessa şəhərində azərbaycanlıların da iştirakı ilə Ukrayna gənclər təşkilatları ümumdünya konqresi tərəfindən təşkil edilmiş Ukrayna gənclər diasporunun “Odessa 2015” forumu keçirilib. Forumun əsas təşkilatçısı olan Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, Assambleya rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin açılışını etdiyi foruma ölkədəki diaspor təşkilatları ilə yanaşı Fransadan, Almaniyadan, Çexiyadan, Polşadan, Yaponiyadan, Avstraliyadan, Litvadan, Macarıstandan, Qazaxıstandan, Serbiyadan, Rusiyadan, Rumıniyadan, Latviyadan, Moldovadan, Bolqarıstandan, Xorvatiyadan, İspaniyadan və başqa ölkələrdən ictimai gənclər təşkilatları qatılıb.

Ukraynalıların ümumdünya konqresinin sədri Stefan Romanov, Mədəniyyət Nazirliyinin idarə rəisi Andrey Yuraş, Ukraynanın informasiya siyasəti naziri Yuri Stes, Ternopil vilayətinin qubernatoru Stepan Barna və digərləri də iştirak ediblər. Forum çərçivəsində Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilin forum iştirakçıları ilə görüşü olub. O diaspor təşkilatlarına Ukraynanın gələcəyi uğrunda atdığı addımlara görə təşəkkürünü bildirib və hər zaman onlara dəstək olacağını deyib. Çıxış edən Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə gənclər təşkilatları hərəkatını dəstəklədiklərini bildirib və ölkənin gələcəyinin qurulmasında, xüsusilə korrupsiyaya, separatizmə qarşı mübarizədə təşkilatları birləşməyə çağırıb. O həmçinin millətlər təşkilatları tərəfindən görülən işlərdən danışaraq Ukrayna qoyulan investisiyadan, sosial sahədə görülən işlərdən bəhs edib.

Forumda ölkədə baş verən hadisələr ilə əlaqədar olaraq anti – Ukrayna təbliğatına əks qüvvələrin birləşdirilməsi və koordinasiya məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR