Iraqda məscidin qarşısında partlayış baş verib, 17 nəfər ölüb, 37 nəfər xəsarət alıb

Iraqda məscidin qarşısında partlayış baş verib, 17 nəfər ölüb, 37 nəfər xəsarət alıb
# 08 may 2015 20:52 (UTC +04:00)

Bakı – APA. Iraqın şərqində məscidin qarşısında törədilən iki partlayış nəticəsində 17 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış dindarların cümə namazından sonra məsciddən çıxdıqları vaxt baş verib.

Partlayıcı qurğu məscidin qarşısında saxlanılan avtomobilə qoyulub. Birinci partlayışdan sonra terrorçu-kamikadze ikinci partlayıcı qurğunu işə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR