İraq türkmanları İŞİD-ə qarşı əməliyyata Azərbaycan bayraqları ilə qatılıb

İraq türkmanları İŞİD-ə qarşı əməliyyata Azərbaycan bayraqları ilə qatılıb
# 16 iyul 2016 08:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. İraqın Kərkük vilayətində Haşdi Əş Şabi birliklərinə bağlı olan şiə türkman könüllüləri İŞİD-ə qarşı Əmirli nahiyəsində əməliyyata Azərbaycan bayraqları ilə qatılıblar.

APA-nın “Doğan Haber Ajansı”na istindən verdiyi xəbərə görə, şiə türkmənları İraqı İŞİD-dən təmizlədikdən sonra Qarabağı azad etmək üçün savaşacaqlarını bildiriblər.

Əməliyyatla bağlı açıqlama verən 16-cı türkman alayının komandiri Əbu Tayir Bəşirli Əmirli Azərbaycana salam göndərib: "Əmirli ətrafından, bu yüksək dağdan qəhrəman Azərbaycan millətinə İraq türkmanlarının salamlarını göndəririk. Biz Azərbaycandan çox məmnunuq. Azərbaycan parlamenti İraq türkmanlarının vəziyyətinin müzakirə edib. Qəhrəman Azərbaycan millətinə salam göndəririk”.

Əməliyyata Azərbaycan bayraqları ilə qatılan türkman gənclər də İraqın İŞİD-dən təmizlənməsindən sonra Azərbaycana gedəcəklərini bildiriblər.

“Qarabağın azad edilməsində iştirak edəcəyik”, - deyə türkman gənclər bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR