Pakistanda helikopterin qəzaya uğramasının səbəbi mühərrikin sıradan çıxması olub

Pakistanda helikopterin qəzaya uğramasının səbəbi mühərrikin sıradan çıxması olub
# 08 may 2015 21:30 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın xarici işlər nazirinin birinci müavini Əhməd Çoudri bildirib.

“Artıq helikopterin “qara qutusu” aşkar edilib, hadisənin baş vermə səbəbləri araşdırılır”, deyə Pakistan XİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, helikopterdə 19 nəfər olub, 12 xarici diplomat və 7 ekipaj üzvü. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.

Bundan əvvəl Pakistan müdafiə nazirliyi “Taliban” qruplaşmasının helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyü barədə məlumatı təkzib etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR