SOCAR Supsa limanından xam neftin ixracını 5% artırıb

SOCAR Supsa limanından xam neftin ixracını 5% artırıb
# 04 may 2015 12:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin aprel ayında Supsa limanından 254 164 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 5,01% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Supsa limanından 1 016 454 ton xam neft ixrac edilib. Bu, ötən 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə isə 3,12% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR