Bakı – APA. Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının direktor müavini Maqdi Martinez-Solimanı qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AİDA və BMT İnkişaf Proqramının reallaşdırdığı birgə layihələr müzakirə edilib.
Söhbət zamanı həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və peşəkar kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.