Kataloniyada keçirlən sorğuda iştirak edənlərin 80 faizi müstəqilliyə tərəfdar olub

Kataloniyada keçirlən sorğuda iştirak edənlərin 80 faizi müstəqilliyə tərəfdar olub
# 10 noyabr 2014 08:37 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İspaniyanın Kataloniya vilayətində keçirilən simvolik sorğuda iştirak edənlərin 80 faizi bu vilayətin müstəqilliyini dəstəkləyib.

APA-nın “news.ru”ya istinadən verdiyi məlumata görə, “La Vanguardia”nın yayımladığı sorğunun nəticələri heç bir hüquqi qüvvəyə malik deyil. Bu yaxınlarda İspaniya Konstitusiya Məhkəməsi referemdumun keçirilməsini qanunsuz hesab edib, bundan sonra isə Kataloniya rəhbərliyi simvolik sorğu keçirilməsini istəyib.

Sorğuda iştirak edənlər “Kataloniyanın dövlət olmasını istəyirsinizmi?” və "Əgər elədirsə, müstəqil dövlət olmasını istəyirsinizmi?” suallarına cavab veriblər. Simvolik sorğuya yaşı 16-dan böyük olan bütün vilayət sakinləri şəxsiyyət vəsiqəsi ilə qatılmaq imkanı qazanıblar. Sorğuda başqa ölkələrdə yaşayan kataloniyalılar da iştirak ediblər. 2,25 milyon nəfərin qatıldığı sorğuda cəmi 4,5 faiz iştirakçı Kataloniyanın müstəqilliyinin əleyhinə səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR