İsrail ordusu Qəzza zolağında 23 gizli tunel aşkarlayıb

İsrail ordusu Qəzza zolağında 23 gizli tunel aşkarlayıb
# 22 iyul 2014 13:14 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İsrail ordusu quru əməliyyatı zamanı Qəzza zolağında 23 gizli tunelin aşkarlandığını bəyan edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 17-dən bəri aşkarlanmış 23 tuneldə 66 girişin nöqtəsinin olduğu deyilir.

Qeyd edilib ki, tunellərdən 6-sı dağıdılıb. İsrail ordusu iyulun 7-dən bəri 2925 hədəfi vurduğunu bildirib. Quru əməliyyatlarında isə İsrail silahlı qüvvələri tərəfindən 388 obyekt məhv olunub. Bunlardan 310-una zərbə son 24 saat içində endirilib.

Bəyanatda əlavə olunub ki, HAMAS-a aid 40 raket kompleksi, 50 idarəetmə mərkəzi məhv edilib.

Fələstin tərəfi bu hücumlar nəticəsində 600-ə yaxın dinc sakinin öldüyünü, 4 minə yaxın insanın yaralandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR