Bakıda kafe, Bərdə və İsmayıllıda isə “VAZ” yanıb

Bakıda kafe, Bərdə və İsmayıllıda isə “VAZ” yanıb
# 22 iyul 2016 01:44 (UTC +04:00)

Bakı-APA. Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan kafenin dəhlizində quraşdırılmış elektrik sayğacı yanmışdır. Kafe yanğından mühafizə olunmuşdur.

Bərdə rayonu, Mirzəalıbəyli kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanacaq çəninin başlıq hissəsi və yük hissəsində elektrik naqilləri 0,5 p.m yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

İsmayıllı rayonu, Hacıhətəmli kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin yanar hissələri yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR