Gürcüstanda maye oksigen daşıyan maşın aşıb, bir kənd boşaldılıb

Gürcüstanda maye oksigen daşıyan maşın aşıb, bir kənd boşaldılıb
# 07 aprel 2015 14:53 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, maye oksigenin yola dağılması nəticəsində ciddi təhlükə yaratdığından İmereti bölgəsində yerləşən Xulevi kəndinin sakinləri ərazidən evakuasiya edilib.

Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, avtomobildən dağılan maye xüsusi olaraq təsirsiz hala gətirilib və təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı Gürcüstan Fövqəladə Hallar Departamenti və İmereti bölgəsinin yanğınsöndürmə briqadasının əməkdaşları hadisə yerinə cəlb olunub, mayenin törədə biləcəyi fəsadların qarşısı alınıb.

Məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb, Rikoti aşırımından keçən magistral yol bir neçə saat bağlanıb.

Gürcüstan DİN-dən maşının aşmasına yüksək sürətin səbəb olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR