Ötən ay Naxçıvan hava limanından 35 mindən çox sərnişin daşınıb

Ötən ay Naxçıvan hava limanından 35 mindən çox sərnişin daşınıb
# 17 sentyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Naxçıvan Beynəlxalq Hava Limanında avqust ayında da sərnişinlərə nümunəvi xidmət göstərilib.

Hava limanından “APA-Economics”ə verilən məlumata görə, avqust ayında yerli hava xətti ilə 35 min 401 sərnişin, 534 min 695 kiloqram baqaj, 16 min 526 kiloqram yük və 1 238 kiloqram poçt daşınması həyata keçirilib.

Beynəlxalq hava xətləri üzrə də uçuşlar fasiləsiz təşkil olunub, Naxçıvan-Moskva reysi ilə 578 sərnişin, 7 min 364 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 723 sərnişin və 7 min 574 kiloqram baqaj daşınıb.

Texniki heyət hava gəmilərinə mütəmadi olaraq baxış keçirib, uçuşqabağı bütün təlimatlar yerinə yetirilib, təhlükəsizlik təmin olunub. Həmçinin uçuş-enmə zolağı və perronda təmir işləri görülüb, xidməti avtomobillər texniki baxışdan keçirilərək nasazlıqlar aradan qaldırılıb.

Aerovağzal binasında aparılan əsaslı təmir işləri avqust ayında da davam etdirilib. Hava limanında, eləcə də Ordubad, Şərur və Naxçıvan şəhər aviakassalarında bütün elektron cihazlara gündəlik nəzarət olunub, bilet satışı və qeydiyyat əməliyyatlarının fasiləsiz işi təmin edilib.

Ötən ay elektrik, işıqlandırma, yanğın təhlükəsizliyi və qəza-xilasetmə xidmətləri də işini günün tələblərinə uyğun qurub, texniki heyətlə maarifləndirici taktiki məşğələlər aparılıb. Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılıb, avqustun 28-də təhlükəsizlik xidməti əməkdaşları ilə növbəti aylıq iclas keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR