Oqtay Əsədov: “Azərbaycanda seçkiləri izləyəcək müşahidəçilər üçün lazımi şərait yaradılıb”

Oqtay Əsədov: “Azərbaycanda seçkiləri izləyəcək müşahidəçilər üçün lazımi şərait yaradılıb”
# 22 sentyabr 2015 12:47 (UTC +04:00)

APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, O. Əsədov Azərbaycanda seçki prosesi, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi və digər məsələlərə dair ətraflı məlumat verib.

Milli Məclisin sədri Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımların atıldığını, prosesi izləyəcək müşahidəçilərin hamısına lazımi şəraitin yaradıldığını söyləyib.

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok komitəsinin ön heyətinin rəhbəri Xordi Şukla səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini, Azərbaycanda seçkiqabağı vəziyyətlə yaxından tanış olduqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR