Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək
# 04 oktyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-dan 16-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya seminarı və oktyabrın 17-dək isə İstanbul şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin Türkiyə Hərbi Dəniz Qüvvələri Tərsanələrində təcrübə keçmə təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR