Tanışını boğub öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Tanışını boğub öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 18 may 2015 08:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Vadim Mixayloviç Naumovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmədə şikayət təmin edilməyib.

Qeyd edək ki, ötən ilin sentyabrın 25-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 saylı binanın qarşısında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Pirallahı rayon sakini Vadim Mixayloviç Naumov tanışı Rauf Hacıyevi boğaraq, öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vadim Naumov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR