Cəmil Çiçək: “Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanıdılmasına yönəlik fəaliyyəti ilə dünyanı aldada bilməz”

Cəmil Çiçək: “Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanıdılmasına yönəlik fəaliyyəti ilə dünyanı aldada bilməz”
# 27 noyabr 2014 09:55 (UTC +04:00)

Bakı – APA. “Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanıdılmasına yönəlik fəaliyyəti ilə dünyanı aldada bilməz”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bəyan edib.

O qeyd edib ki, son zamanlar ermənilər və erməni lobbisi dünya ölkələrinin parlamentləri tərəfindən 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün səylərini gücləndiriblər.

C. Çiçək həmçinin bildirib ki, Ankara arxivləri açmağa və 1915-ci il hadisələrini yenidən araşdırmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR