Göygöl sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb

Göygöl sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 14 iyul 2015 10:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Göygöl sakinlərində narkotik vasitə aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakinləri İntiqam Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, özündən isə 655,91 qram marixuana, Sahib Məmmədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR