Azərbaycanda ən çox sığorta ödənişi həyata keçirən şirkətlərin adı açıqlanıb

Azərbaycanda ən çox sığorta ödənişi həyata keçirən şirkətlərin adı açıqlanıb
# 16 sentyabr 2014 12:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Yanvar-avqust aylarında Azərbaycanın sığorta bazarında ödənişlər üzrə bazarın lideri “Atəşgah Həyat” sığorta şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, ötən dövrdə şirkət 17,9 mln. manat ödəniş həyat keçirib.

Ödənişlərin həcminə görə sonrakı yerləri 17,4 mln. manatla “Paşa Sığorta”, 9,6 mln. manatla “Atəşgah”, 8,8 mln. manatla “Azərsığorta” DSKŞ, 7,3 mln. manatla “Azərbaycan Sənaye Sığorta”, 6,5 mln. manatla "Azsığorta" və 6,4 mln. manatla “AXA MBASK” şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi təxminən 74 mln. manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 72%-i qədərdir.

Ən az ödəniş edən şirkətlər isə “Era Trans” (231,7 min manat), “Azərqarant” (47,4 min manat), “Günay Sığorta” (63 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (340 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 350 min manat olub ki, bu da ümumi ödənişlərin 0,3%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR