Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 23 sentyabr 2015 10:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də saat 07 radələrində Abşeron rayonunun Atyalı qəsəbəsində Cəlilabad rayon sakini Çingiz Quliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəxtiyar Mustafayevi vurub. B.Mustafayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR