Bakıda “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilir - FOTO

Bakıda “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilir - <span style="color: red;">FOTO
# 30 oktyabr 2015 07:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilir. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak edirlər.

ADNSU-nun rektoru Mustafa Babanlı rəhbəri olduğu universitetin mediaya açıq olduğunu bildirib: “Media nümayəndələri istənilən vaxt bizimlə əlaqə saxlayıb, istədikləri məlumatı universitetdən ala bilərlər”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında deyib ki, Təhsil Nazirliyi və ali məktəblərin mətbuat xidmətləri hazırkı durumda mümkün qədər yaxşı çalışır.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çağdaş dövrdə mətbuatla əməkdaşlıq etməyin çox vacib olduğunu qeyd edib: “Bu gün təhsil sahəsində kifayət qədər uğurlu layihələr həyata keçirilir. Son illər universitetlərin mətbuat xidmətlərinin fəaliyyətində çox ciddi şəkildə fəallıq nümayiş olunur. Xüsusilə, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbinin və Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətlərini xüsusi qeyd etmək istəyirəm”.

Təhsil eksperti Şahlar Əsgərov çıxışında təhsil sahəsində medianın rolu haqda danışıb: “Bildiyim qədəri ilə bu sayca 4-cü konfransdır. Mən bu baxımdan Təhsil Nazirliyinin media ilə işləmək strategiyasını çox bəyənirəm”.

“Təhsil” TV və “APA-Holding”in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılacaq, müvafiq təklif və tövsiyələr səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR