Bakıda naməlum kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Bakıda naməlum kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
# 13 aprel 2015 10:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda naməlum kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 12-də Nəsimi rayonunun Süleyman Rüstəm küçəsindən 20-25 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR